03 İyul 2020
1090

Facebookda növbəti üsyan

Facebook, Səhm, Ticarət,

Facebook şirkətinin son xəbərlərini oxuduqda elə bir təəsürat yaranır ki, şirkət artıq skandallara adət edib. Son ildə Mark Çukerberq insanların siyasi, iqtisadi və psixoloji mövqelərini data şəklinə gətirərək başqa şirtkətlərə satmaqda ittiham olunurdu. Onun bir neçə ay hər gün “kostyum və qalstuk” geyinməsi və senat qarşısında çıxışlarından sonra növbədə biznesin Facebook - a qarşı reklam üsyanı vardı. Hər şey ABŞ da Black Lives Matter şüarı altında keçirilən etirazlardan sonra başladı. 

17 iyun tarixində bir neçə hüquq şirkətlərinin təklifi ilə ABŞ biznes şirkətlərinin bəziləri Facebook platformasında reklam servisindən imtina etdilər. İyulun əvvəlindən isə 400 - dən çox biznes platformanın servislərindən imtina edib. Biznes düşünür ki, platforma nifrətin lehinə yazılan fikir və postlara məhdudiyyət qoymur və “oda benzin tökür”. 

İlk öncə bu fikirlərə Çukerberq - fikir bildirmək azaddır deyərək cavab versədə, vəziyyətin pisləşdiyini gördükdən sonra platformada audit araşdırmasının başlanmasını və potensial ziyan verici və yalan xəbərlər yayan kontentlərin bloklanacağını fikrini söyləyib. 

Qiyamda iştirak edən şirkətlər

Dünyada reklama ən çox büdcə ayıran şirkətlərdən biri olan Unilever Facebook və Twitter platformalarında reklamı dayandırdığını bildirib. The Wall Street Journalın hesablamasına görə 2019 - cu ildə Unilever Facebookda $42.3 milyon xərcləyib.

Telekomunikasiya şirkəti olan Verizonda etiraz edənlər siyahısındadır. Şirkət “Facebook vəziyyəti düzəltmək üçün bizi qane edən və özümüzü komfortda hiss etdirəcək bir qərar verməlidir” deyə açıqlama edib. 

Yeni il bayramlarının əvəzolunmaz reklamçısı Coca - Cola. Şirkət Facebook, İnstraqram, Twitter, YouTube və Snap kimi platformalarda reklamı minimum 30 günlük dayandırdığını açıqlayıb. 

Levi Strauss & Co -  Twitter- də paylaşım edərək Facebook və İnstagramda fəaliyyətini dayandırdığını açıqlayıb. Nifrət və dezinformasiya hallarına qarşı Facebooku tədbirlər görməyə çağırıb. 

Etirazların nəticələri 

2019 - cu ilin nəticələrinə əsasən Facebookun gəlirlərinin 99% - ni reklam təşkil edib. Facebook reklamlarını avtomatlaşmış auksionlar vasitəsi ilə satır. Analitiklərin fikrincə, narahat olmalı situasiya yoxdur çünki etiraz edən şirkətlərin yerinə, yeniləri gələcək və şirkət bundan hiss olunan ziyan çəkməyəcək. 

Şirkət FAANG (Facebook, Amazon, Apple,Netflix and Google) qrupuna aiddir və ABŞ fond bazarlarının son illərdə əsas lokomotivlərindən biridir. High Tech şirkətlərin istənilən vəziyyətdə dəyər qazanması və neqativ xəbərlərdən sonra dəyər itirən səhmlərə axının artması, bu qrup səhmləri hər zaman güclü edir. 

UBS bankının analitiklərinin fikrincə, bütün etiraz edən şirkətlər birləşsələr belə Facebooka gəlir baxımından zərər vura bilməyəcəklər. Hesablamalara görə, Facebookda reklam edən orta və kiçik bizneslərin sayı 8 milyon təşkil edir. Facebookun öz hesabatında deyilir ki, 2019 - cu ildə ən yaxşı 100 reklam edən şirkətlər, gəlirlərin cəmi 20% - nə təşkil edir. 

Marketwatch jurnalı isə daha maraqlı teoriya irəli sürüb. Onların fikrincə, şirkətlər pandemiya səbəbindən onsuz da xərcləri azaltmalı idilər və bu situsasiyadan istifadə edərək pulsuz olaraq öz brendlərini gündəmə gətirərək fərqli reklam və marketinq gedişləri edirlər. JP Morgan bankı da eyni fikirləri səsləndirir və səhmlərin qiymətini $245 olaraq saxlayır. Yuxarıda qeyd etdiyimiz Cambridge Analytica skandalından sonra da buna bənzər etirazlar görmüşdük amma şirkətlər yenidən geri dönməyə məcbur olmuşdular. 

Facebookun çıxış planı

23 iyunda şirkətin səhmləri tarixi maksimumları fəth edərək $245.19 ticarət olunurdular. 26 iyunda güclü satışlarla qarşılaşaraq 8% dəyər itirsələrdə, 1 həftəyə itkiləri geri qaytardılar. Pozitivi qaytaran səbəb şirkətin etiraz edən şirkətlərlə görüş planladığını açıqlaması oldu. Facebook bu situasiyada isifadə etdiyi siyasət -   problemin olmasını qəbul etmək və sonrasında kontrolu artırmaqla platformanı daha şəffaf etmək planıdır. Bir sözlə təmizlik işləri görəcək. 

Məsələyə daha real baxsaq Facebook və ümumi olaraq sosial şəbəkələr artıq hər kəsin həyatının bir hissəsinə çevrilib və etiraz edən şirkətlərə Facebook daha çox lazımdır. Facebooku məhv etməklə böyük bir fikir sistemini dağıda bilər və nəticədə özləri komfortlu reklam platformasından məhrum olaraq gəlirlərini itirə bilərlər. Burada qarşılıqlı maraqlar maksimum səviyyədədir və bu “qiyam” tezliklə sona enəcək. 

Diaqram 1: Facebookun 2020 - ci il qiymət dinamikası

 

Tamerlan Bayramlı

 


Facebook   Səhm   Ticarət    

 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün