24 İyul 2020
1496

Heç kimin etmədiyi trade: Elonlu gələcək və onun short hədiyyəsi

Fond bazarları, Səhm, Ticarət, Tesla

İlk addımlar 

Elon Musk - ın həyatını oxuduqda onun fərqli biri olduğunu anlayırsan. Uşaq yaşlarından fotoqrafik yaddaşa sahib olan Elon, əfsanəvi Space Invaders oyununa bənzər Blastar video oyununu Commodore VIC - 20 kompüterində düzəltməklə $500 - a satmışdı. Sonrakı hekayələri isə az çox hər kəs bilir. X.com, PayPal, SpaceX, SolarCity və.s kimi şirkətlər. Bu mətndə Tesla şirkətinin səhmlərinin “kosmik” artımını araşdırmağa və bazar iştirakçılarının düşdüyü tələləri nəzərdən keçirəcəyik.

Skandallarla dolu Tesla

Tesla və onun rəhbəri Elon tez - tez skandallarla üzləşirdilər. Onun 2018 - ci ildə atdığı tweet, ABŞ qiymətli kağızlar üzrə requlyatorunu da işə qatmışdı (SEC). O zaman Elona qarşı səhmlərdə manipulyasiya etmək ittihamı var idi. Həmən il səhmlərin maksimum qiyməti 350 dollar idi və sentyabr ayında Elon, səhmləri $420 (tweet atıldığı zaman səhmlər $250 civarında ticarət olunurdu) geri alıb qapalı səhmdar cəmiyyət etmək planları haqda tweet atmışdı. Əlbətdə ki, yaxın zamanda bunun doğru olmadığı üzə çıxdı. Onu, səhmləri ucuz alıb baha sataraq pul qazanmaqda günahlandırsalar da nə insanlar nə də SEC bunu sübut edə bilmədi. Amma Elonu və şirkətini $20 milyon cərimə etdilər.

Əsas skandal isə Bloomberg - in “Tesla şirkəti bir günə $250 min yandırır” başlığı altında mətn yazması, Hedc Fondların sona kimi səhmləri “short*” mövqedə saxlamaları kimi açıqlamalar və.s şirkətin imicinə tam olaraq zərər vurur və səhmləri təzyiq altında saxlayırdı. Onların bu mövqedə olmasına tam olaraq haqları da var idi çünki şirkətin işləri doğurdan da pis gedirdi. İlk günlərdən səhmlərə yatırım edənlər böyük gəlirlər qazansalar da, şirkətə inamları azalırdı. Hə birdə götürülən sifarişlərin çatdırılmasında yaranan çətinliklər və ticarət müharibəsi zamanı Çində yeni zavodun inşası xəbərləri. Bütün bu neqativlər şirkəti bütün tarixlərin ən maksimum qiymətlərinə daşıdı. Necə? Bazar belə qərar verdi. 

Səhmlərin batırdığı pullar

2010 - cu ildə Tesla şirkəti IPO etmişdi və bir səhmin qiyməti $19 idi (böyük ehtimal hər kəs 19$ alsaydım nə qədər qazanardım deyə hesablayır). İlkin zamanlarda innovativ və qeyri adi planlarla bazara daxil olan şirkət,  2013 - cu ilin sentyabr ayında $190 (1000% gəlir) ticarət olunurdu. Trading baxımından analitiklərin və texniki göstəricilərin siqnalları ilə Tesla hər zaman short üçün şişirdilmiş şirkət kimi qəbul olunurdu. Yanvar ayında Morgan Stanley - in bu biznesə inanmaması haqda mətn paylaşmışdıq və 7 ay öncə onlar hədəf qiyməti $360 təyin etmişdilər. Tesla haqda qrafikə nəzər yetirin: 2014 sentyabrdan 2017 aprel ayına qədər qiymət $280 - $290 - ı keçə bilmir. 2017 iyul - 2019 dekabr aylarına qədər qiymət $370 - $390 - da müqavimət göstərir. Bu müqavimətlərdə texniki siqnallarla short mövqe açıb pul qazananlar olub əlbətdə amma hesabladığımız zaman maksimumdan satıb minimumda bağlamaqla ən çox 50% gəlir əldə edilir. 24 iyul 2020 - ci ildə isə səhmlər (pandemiya dövründə) $1513 - a təklif olunur. 

Hətta yuxarıda sadalanan illərdə maksimumumlardan alışlar edilsəydi, 2014-2017 variantında 5.21 dəfə,  2017 - 2019 variantında 3.87 dəfə daha çox qazanc əldə edilirdi (bu günkü qiymətə əsasən). Ən böyük riskiniz isə tam olaraq səhmlərdə oturmaqla ani olaraq -50% itki görə bilər və ya 100% risklə kapitalınızı itirə bilərdiniz. Risk/gəlir baxımından 1/5 optimal risk sayıla bilər.  

Diaqram 1: Səhmlərin indekslə müqayisəsi

Diaqram 2: Səhmlərin qiymət dinamikası

Səhv anlaşılan risk? 

İnsanların perspektivdə riskin olması və bu riskin kapitalın (pulun) itməsinə gətirib çıxarması qorxusu, onları Tesla kimi şirkətlərdə uzun müddətli əməliyyatlardan uzaq saxlayır. Bəlkə də Tesla doğurdan şişirdilmiş şirkətdir və gələcəkdə onların elektromobilləri bəyənilməyəcək və səhmlər yenidən çox aşağı qiymətlərə ticarət olunacaq amma Jessy Livermore dediyi kimi “ qiymətlər 2 dəfə artdıqda bu mümkün deyil deyib satırlar və sonra qiymətlər yenə də 2 dəfə qalxır” (Edvin Lefevr - Birja Spekulyantının xatirələri kitabından). Bu gün Tesla öz sektorunda ən bahalı şirkətdir. Bu illər ərzində onların bazarda ilk olmaları və digərlərinin elektrik mühərrikli gələcəyin olmasına inanmaması Teslanı sektorunda birinci etdi. Əsas buraxılan səhv onları digər avtomobil istehsalçıları ilə müqayisə etmək idi çünki, Tesla benzindən asılı olmayan elektromobil istehsal edir və bu sektorun daixildə tamam fərqli texnoloji seqment yaradır. Səhmdə uzun müddət oturan insanlar, gələcəkdə gec və ya tez benzindən asılılığın azalmasına inanırlar və Elon etdikləri ilə bunun mümkün olmasını sübut edir. Səhmlərdə spekulyativ şişirtmə çox olsa da fakt budur ki son 10 il ərzində yəni ilk gündəki qiymətindən  $19 səhmə yatırım edən insanlar 79 dəfə kapitallarını artırıblar.Tesla hekayəsi bizə - sadə strateqiyaların uzun müddətdə inanılmaz gəlirlər gətirə biləcəyini, proqnoz və gözlənilənlərin hər zaman eyni olmadığını və risk/perspektiv münasibətlərinin fərqli olmasını öyrədir. Zaman və klassik investisiya. 

*Morgan Stanley haqda mətnimizi buraya click etməklə oxuya bilərsiniz.

*Short mövqe haqda daha ətraflı buraya click edin. 

Tamerlan Bayramlı 

 

 


Fond bazarları   Səhm   Ticarət   Tesla  

 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün