30 İyul 2020
919

Ray Dalionun Prinsiplər kitabından bir hissə

Oxuyucularımızın da yaxından tanıdığı əfsanəvi Ray Dalio haqda dəfələrlə mətnlər hazırlamışıq. Bu şəxsi investisiya dünyasında tanınmış edən təkcə kapitalı və uğurrlu fondu deyil, həmçinin də iqtisadiyyat haqda tez-tez fikirlərini bölüşməsi, düzləri danışmaqda həvəsli olması və öz təcrübəsini rahat şəkildə insanlarla bölüşməsidir. Onun prinsiplər kitabından bir hissəni sizlərlə bölüşmək istəyirik. 

Beləliklə, Ray Dalionun 33 yaşı var və o yeni təsis etdiyi investisiya fondunda uğursuzluğa düçar olmaqla demək olar ki, müflis olub. 

Etdikləri səhvlərdən çıxardığı nəticələr:

♦ Özünə çox güvənirdi 

♦ Tarixi qəbullanmırdı

♦ Gəldiyini nəticə, timeing (investisiyalarda düzgün zamanlama) - i dəqiq bilmək - mümkünsüzdür. “Ticarət qərarı vediyin zamanla, proqnozun reallaşması arasında, çox hadisələr baş verə bilər və bu kontrol olunmur“.

Ray verdiyi qərarları düşünərkən belə bir fikirə gəlir ki, düşdüyü vəziyyətdə irəli getmək üçün ona, məqsədinə çatmaq üçün  “təbiətindən gələn aqressivliyi“ sakitləşdirmək lazımdır. Bu fikrin daha aydın olması üçün Ray maraqlı bir misal da göstərir. 

Cəngəllikdə gəzinti

O, həyatı cəngəllikdə gəzintiyə bənzədir. Burada iki seçimdən biri, yerində qalmaqla təhlükəsizliyi təmin edə bilə və sadə həyat yaşaya bilərsən. Digər seçimdə isə irəli getməyi seçməklə - gözəl və maraqlı həyat yaşaya bilərsən amma vəhşi bir yırtıcı tərəfindən də yeyilə bilərsən. Başına gələn uğursuzluğa baxmayaraq Ray ikinci seçimi edir. 

Lazım olandan artıq “özgüvəni“ balanslamaq üçün fərqli bir üsul tapır - cəngəllikdən keçməyə hazır olan amma azad düşünən insanları ətrafına yığmaq (independent thinkers). Fərqli və əks mövqedən olan fikirlər, onun düşündüyü fikirlərə müqavimət göstərməklə özgüvəni balanslayır. Qarşına məqsəd qoyan Ray, ətrafına onunla razılaşmayan və mübahisə edən insanları yığır və onların niyə elə düşündüklərini anlamağa çalışır. 

Bu fikirlərlə demək olar ki, Bridgewater fondu yaranıb. Fondun daxilində olan insanlar hər zaman biri birilərinə qarşı olan və mübahisə edənlərdən ibarətdir. Bu üsulda olan idarəetməyə - meritokratiya deyilir. Bundan əlavə müəllifin gəldiyi digər nəticə - güclü insanların özlərinin üstün tərəflərindən maksimum istifadə etməsi və bunun fonunda zəif tərəflərini kompensasiya etmələrinin vacibliyidir.

Əgər Ray Dalionun prinsipləri arasında ən vaciblərini seçsək - bütün həyatı boyu qarşısındakını anlamaq (hətta maliyyə bazarlarında edilən əməliyyatların əsl mahiyyətini və səbəbini anlamaq da əlavə olunur) prinsipi əsaslardan olar. “Radical open - mindedness“ adı verilən prinsip tam olaraq obyektivlik ilə əhatə olunur. 

Maliyyə bazarlarında ticarət və yatırım edən insanlar hər zaman psixoloji çətinliklərlə  - özünü idarədə çətinlik, lazımsız əməliyyatlar, itkilər və uduzmuş ideyalarla mübarizə aparırlar. Ümumi olaraq zəif nöqtələri aradan götürmək üçün Ray Dalionun bu prinsipini dərindən düşünmək və müşahidə etmək lazımdır. 

 

Tamerlan Bayramlı 

 

 


 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün