14 Sentyabr 2020
631

Nvidia $40 milyard qarşılığında ARM şirkətini alır

Cheapmaker dünyasında son ildə tez-tez danışılan razılaşma rəsmi olaraq açıqlandı. Nvidia, mobil cihazlar cheapmaker - i ARM şirkətini $40 milyard qarşılığında Yaponiyanın SoftBank holdinqindən alır. Bu sektorun ən böyük razılaşmasıdır. 

Açıqlamada deyilir ki, “əməliyyat, Nvidianın süni intellekt üçün nəzərdə tutulan hesablama platformasını, ARM - in eco sistemi ilə birləşdirməklə, qabaqcıl süni intellekt yaradacaq və innovativ, sürətlə artan bazarlarda lider şirkətə çevirəcək”. 

Müzakirə olunan əsas məsələlərdən biri, ARM - in intelektual əmlakla bağlı olan lisenziyasının saxlanılması idi. Nvidia prosesdə dəyişiklik etmədən özü də lisenziyalaşmaya dəstək olacağını bildirib. Şirkətin mərkəzi ofisi olduğu kimi, Kembricdə qərarlaşacaq. Əlavə olaraq Nvidia, Böyük Britaniyada elmi-araşdırma sahəsində ARM - in təsirini artırmaq, süni intellekt sahəsində böyük qlobal araşdırma mərkəzi, yeni şirkətlər üçün inkubator və develope team üçün yeni kurs mərkəzləri açmağı planlaşdırır. 

Razılaşmanın detalları 

Nvidia, ARM və SBG - nin rəhbərlərinin razılaşmasına görə, SoftBank bu əməliyatdan $21.5 milyard dəyərində Nvidianın sadə səhmlərini, $12 milyard pul vəsaiti, üstəgəl razılaşma imzalandığında $2 milyard əldə edəcək. ARM şirkətinin gələcək uğurları olarsa SBG əlavə olaraq $5 milyard nağd və ya sadə səhmlərlə gəlir əldə edəcək. Bununla SBG, Nvidia şirkətində 10% yaxın pay sahibi olacaq və beləliklə ARM - də iştirakını saxlayacaq. Bu addımla Nvidia gələcəkdə ARM - də yaranacaq riskləri SBG ilə bölməklə risk kontrol da həyata keçirir. Əlavə olaraq $1.5 milyard dəyərində səhmlərlə ARM şirkətinin işçilərinə ödəniş olacaq. 

Maliyyələşməni şirkət şəxsi kapitalı hesabına etməyi planlaşdırır və əməliyyatda ARM - ə məxsus IoT Services iştirak etmir. 

Razılaşma sonrası növbəti etap, Böyük Britaniya, Çin, AB və ABŞ - ın tənzimləyici qürumlarının əməliyyata yaşıl işıq verməsidir. Sektorun lider şirkətlərinin tam olaraq monopoliya yaratmasınlar deyə, tənzimləyici qürumlar bu tip razılaşmalara əngəl ola bilərlər. Mobil cihazlar bazarında Nvidia şirkətinin bu böyük addımı onların daha sürətlə inkişaf etməsinə yardımçı ola bilər. Tam olaraq razılaşma 18 aydan sonra bitəcək. 

Qrafik: Nvidia şirkətinin səhmlərinin son 1 ildə gəlirlik dinamikası


Bayramlı Tamerlan 

 

 


 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün