24 Noyabr 2021
3630

Benjamin Franklinin uzun müddətli strategiyası

Dollar, Yatırım, Strategiya, Benjamin Franklin kimdir?,

ABŞ - ın yaradıcılarından sayılan Benjamin Franklin 1706 - cı ildə sabun və şam üzrə mütəxəssisləşmiş sənətkar ailəsində dünyaya gəlib. Ailənin kasıb olmasından əlavə, ailədə 17 uşaq var idi və Ben 10 - cu idi. Bu səbəbdən cəmi 2 sinif oxuduqdan sonra iş həyatına başlayıb və ilk işini atasının yanında sonralar isə qardaşının tipoqrafiyasında davam etdirib. 22 yaşına çatdıqda lazımı təcrübə və biliklərə sahib olduğunu düşünən Ben kredit götürür və şəxsi çap biznesinə başlayır.

İlk öncə qazet çapı, sonralar isə daha çox uğur gətirən pul çapı biznesi ona gözlədiyi gəliri gətirir. Yaxın dostu və partnyoru Cozef Breyntalla birlikdə Benjamin, əskinazları saxtalaşmadan qorumaq üsulu tapmışdı. Bu yeni metoddan sonra, digər koloniyalardan pul çapı sifarişləri alan və bunu franşiza biznesinə döndərən dostlar məşhurlaşırlar. Məhz bu səbəbdən onun portreti $100 əskinazlarda tarixi yerini alıb. 

Biznesdən başqa Benjamin, Filadelfiyada ilk yanğın söndürmə məntəqəsi və kitabxana, Pensilvaniyada isə universitet yaradır. Ciddi şəkildə elektrik testləri edir və hətta ildırımötürən cihazını yaratmaqla maraqlı fakta imza atır. Onun fikrinə görə, insan lazımı qədər sərvətə sahib olduqdan sonra qalan həyatını sosial işlərdə insanlara xeyirli olmağa sərf etməlidir. Özü də belə edir. 42 yaşında Amerikanın ən varlı adamlarından olan Benjamin biznesdən ayrılaraq pensiyaya çıxır və 70 yaşına kimi sosial işlər və siyasətdə insanlara xidmətlə məşğul olur. Onun gördüyü işlərin siyahısında ABŞ - ın İstiqlal Bəyannaməsi, Konstusiyanın yaranması, Fransada səfir və.s kimi işlər var. 

Franklinin 200 illik investisiya planı

Franklin vəsiyətində, Boston və Filadelfiya şəhərlərinə hərəsinə 1000 funt ( o zamanın məzənnəsi ilə $4400, 2019 - cu ilin məzənnəsi ilə $122 000 ) saxlayır. Onun ölümündən sonra 1790 - cı ildə vəsait trast fondlara ötürülür. Fondlar vəsaiti 100 il zaman periodunda investisiya etməli idilər. Müddətin sonunda isə qazanılan vəsaitin 75% - ni cavan sahibkarlara dəstək və şəhərlər üçün vacib layihələrə verilməli, 25% - i isə yenidən növbəti 100 illik periodda investisiya edilməli və sonrasında tam olaraq şəhərə bağışlanmalı idi. 

1890 - cı ildə ilk 100 illiyin sonunda Filadelfiya fondunda $100 000 yaxın ( 2019 - ci ilin məzənnəsi ilə $2.8 milyon), Bostonda isə $430 000 ( $12 milyon dollar ) kapital yaranmışdı. Hər iki şəhərin gəlirləri arasında belə böyük fərqin yaranmasına səbəb Filadelfiyanın vəsiyətə uyğun olaraq gəliri cavan sahibkarlara dəstək üçün xərcləməsi idi. Boston isə əksinə maksimal məbləğ əldə etməyə çalışırdı. 

Müddətin sonunda ( 200 il ) isə hər iki şəhər fondları uğurlu nəticələr sərgilədilər. Filadelfiya $5 milyon, Boston $2 milyon ( bizim zamanın kursu ilə $9.8 və $3.9 milyon ). Müddət ərzində ortalama gəlirlik isə çox da biri-birindən fərqlənmir. Filadelfiya ilə ortalama 3.1%, Boston 3.6%. Burada əsas sirr mürəkkəb faizlər prinsipindədir.  

Maraqlı fakt ondan ibarətdir ki, vəsaiti professional maliyyəçilər idarə etməyib. Şəhər rəhbərləri fərqli problemlərin həlli üçün fondlardan borca pul götürürdülər. Səbəb Fanklinin investisiya siyasətində incə məqamlarla düşünülmüş strategiyası idi. Əsas diqqət pis idarəetmə şəraitində kapitalı effektiv artımına səbəb olacaq qaydalara yönəlmişdi. 

Franklinin uzun müddətli kapital artımı qaydaları 

- Dəqiq olaraq məqsədinizi bilin. Bu sizə zamanından əvvəl vəsaiti istifadə etmək fikrindən döndərəcək.

- İnvestisiya etməyə erkən yaşlardan başlayın. Nə qədər tez yatırım etsəniz o qədər mürəkkəb faizlər effektiv olacaq.

- Hər ay az da olsa gəlirinizin bir hissəsini yatırın. Bir dəfəlik və uzun müddətli yatırımlar arasında fərqə diqqət edin. 

- Dissiplinli olun və əlavə xərclərdən qaçın. “Qənaət edilmiş penni - qazanılmış penni ilə eyni dəyərdədir”. 

- Ardıcıl olun. Böyük ehtimal proses zamanı hər zaman hər şey yaxşı getməyəcək və bu zaman panikaya düşmək lazım deyil. Korreksiyalar zamanı çoxu zaman portfelin yeni baxışa yox korrektə olmağa ehtiyacı olur.

- Uzun müddətli yatırımlarla rezervləri ayırın. Ekstremal situasiyalar üçün (işinizin itirilməsi) hər zaman “gizli poduşkanız olsun”. Əks təqdirdə zamanından öncə yatırılmış kapitalın xərclənməsi fikrinə düşə bilərsiz. 

Qaydalardan və hekayədən də gördüyünüz kimi Benjamin Franklinin əsas strategiyası uzun müddətli siyasətdir. Düzdür 200 illik strategiya seçmənizə ömrümüz çatmaz amma diqqətlə oxuyub etdiklərimizə baxdığımızda gələcək portfelinizdə bu qaydalar sizə yardımçı ola bilər. Fərqli məqsədlər üçün fərqli instrumentlər var. Bank depoziti, istiqrazlar, səhmlər, digər valyutalar və.s. Əsas odur ki, yatırım etməkdə davam edin və kiçik yatırımlardan qorxmayın. Kapitalın gələcəyi haqda düşünəndə $100 üzərindən sizə baxan Benjamin və onun qaydalarını xatırlayın. 

Əgər sizdə Benjamin Franklin kimi uzun müddətli yatırımlar etmək istəyirsinizsə əməkdaşlıq etdiymiiz Freedom Finance Azerbaycana müraciət edə və onların təklif etdiyi təlimlərə qoşula bilərsiniz.  
Tel: +994 51 205 04 41
Əlavə məlumat üçün keçid: https://buff.ly/3oOyGpR 

 


Tamerlan Bayramlı

 


Dollar   Yatırım   Strategiya   Benjamin Franklin kimdir?    

 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün