29 Dekabr 2021
1905

Long Strategy

İnvestisiya, Yatırım, Portfel, Gəlıirlik, Fond bazarları

Maliyyə bazarlarında fərqli situasiyaların olması kimi fərqli yatırım strategiyları və iştirakçıların fərqli rəftarları var. Ümumən bazarlar haqda kitablar, filmlər, verlişlər, kanallar, analitiklər, şirkətlər və s. kimi iştirakçılar fərqli məlumatlar və hekayələr danışır və göstərirləər. Finkorp olaraq qərara gəldik ki, sizinlə bizim investisiya strategiyamızı bölüşək və bu proses zamanı hansı detallara və niyə diqqət etdiyimizi açıqladığımızda sizin suallarınıza da cavab verək.

Al və saxla - Finkorp olaraq əsas investisiya fəlsəfəmiz kefiyyətli səhmləri uzun müddət periodunda portfelə əlavə edib və saxlamaqdır. Biz investisiya zamanı şirkətin qısa müddətli qiymət dəyişikliyinə yox uzun müddət periodunda onun fundamental dəyərinə diqqət edirik. Fond bazarlarında fərqli şirkətlərin səhmlərinə yatırım zamanı biz ən azı 3-5 il zaman intervalında yatırım etməyi məsləhət görürük. 

Gəlin bir az fond bazarlarının və onun quruluşundan danışaq. Fond bazarları volatildir. Yəni bazar 10% artıb, 15% geriləyə bilər. İl ərzində 40% dəyər qazanıb bir neçə günün içində bu gəliri itirə bilər. Faktiki olaraq bazar on ildən bir dəyər itirir. Amma tarixi olaraq elə alınıb ki, on illiklər zamanı hər zaman dəyər qazanır və bu dəyər yuxarıda qeyd etdiyimiz kimi düz artımla yox enişli yoxuşlu olur. Niyə investorlar uzun müddətli zaman periodunda gəlir əldə edirlər? Çünki fond bazarlarında olan şirkətlərin kiçik uğursuzluqları bir müddət sonra onların böyük uğurları ilə qapanır və şirkətlər əsl dəyərlərini almağa başlayırlar. Səhmlərin uzun müddətli artım göstəriciləri onların maliyyə dayanıqlığı, dissiplina, şirkətlərin yaradıcı və innovativ həlləri, sahibkarlar və sizin kimi bazar iştirakçılarının düzgün qərarları ilə yaranır. Uzun müddətli zaman periodunda investor olmaqla siz gəlirlərinizi artıra, gələcəkdə böyük kapital yığa və maliyyə uğurlarına çata bilərsiniz. Onu da qeyd etmək lazımdır ki, yatırım zamanı əlavə vəsaitiniz və riskə götürə bilən kapitalınızdan istifadə etməlisiniz. 

Finkorpun təklif etdiyi strategiya ilə necə investisiya etmək olar? 

15 və daha çox - fərqli sektorlar və industriyalardan səhmləri almaqla diversfikasiya olunmuş portfel yarada və uzun müddətli periodda kapitalınızı artıra bilərsiniz. Al və saxla strategiyası zamanı diversfikasiya çox vacibdir. Bu risklərinizi azaldır və səhv seçim etdiyiniz zaman digər düzgün seçimlərin onları kompensasiya etməsinə şərait yaradır.

5 il - seçdiyiniz və ya digər analitiklərin təklif etdiyi səhmləri ən azı 5 il müddətində portfelinizdə saxlayın və gözləyin. 

Yeni pul - əlavə vəsait əldə etdiyiniz zaman mütəmadi olaraq investisiya edin. Kiçik məbləğlərin mütəmadi olaraq investisiya edilməsi zaman keçdikcə sizə “qar effekti” verəcək və portfeliniz böyüməsində əsas rollardan birini oynayacaq. 

Qaliblər - seçim etdiyiniz və portfelinizə əlavə etdiyiniz səhmlərin hər biri uğurlu olmayacaq. Bu danılmaz faktdır və ən professional bazar iştirakçısında da belə portfelin uğursuz ideyaları olur. Sizin seçimlərinizin 50%-70% uğurlu olarsa bu zaman qaliblərə yenidən yatırım edin. Uğurlu şirkətlərin yenidən daha çox uğur qazanması ehtimalı böyükdür. Unutmayın ki, bu “betting” deyil real şirkətlərdir. 

Volatillik və dözümlük - Fond bazarlarında hər zaman səhmlər dəyər qazanmır. Buna hazır olun. İndekslər dəyər itirdiyi zaman ya buna fikir verməyin ya da ən yaxşı səhmləri daha çox almaq üçün hərəkətə keçin. İndekslər ortalama olaraq ildə 1 dəfə 10% itki, beş ildə ortalama 20% itki, onillik periodda isə 30%-40% itki ilə yadda qalır. Bu zaman alışlar edə və ya gözləyə bilərsiniz. 20%-30% - lıq enişlər sizə həm psixoloji həm də maddi dağıdıcı və acı həqiqət kimi gələ bilər amma 10-20 ildən sonra bu enişlərin heç bir mənası qalmayacaq. 

Müddət - bizim təklif etdiyimiz investisiya fəlsəfəsi ilə yatırım etmək 5-15 il müddətinə  yatırım etmək anlamına gəlir. Qısa müddətdə hər şey baş verə bilər. Fond bazarlarında investisiya etmək uzun müddətli “oyundur” və ən yaxşısı bu oyunu bütün ömrünüz boyu oynamaqdır. Siz mütəmadi olaraq kiçik kapitalla yatırım etməklə bir müddət sonra dəyəri bir neçə milyon olan portfel yarada bilərsiniz. Biz əminik ki, siz bu uzun müddətli investisiya oyununu oynaya və uğur qazana bilərsiniz. Finkorp olaraq sizə bu işdə araşdırmalarımızla yardımçı olmağa hazırıq. 

Biz düşünürük ki, minimum 5 il müddətinə portfelində 15-25 səhm saxlayan investor maliyyə azadlığına çata bilər. Böyük və əfsanəvi şirkətlərin sizin üçün işləməsinə və qazanmasına icazə verin. Bu zaman ərzində siz bizimlə tələsmədən, düzgün strategiya ilə yatırım edə və investisiya portfelinizi yarada bilərəsiniz. 

Bizim əsas məqsədimiz - sizin öz gələcəyinizə bizimlə birlikdə yatırım etməyinizə yardımçı olmaqdır.  

 


İnvestisiya   Yatırım   Portfel   Gəlıirlik   Fond bazarları  

 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün