14 Yanvar 2022
1972

İnflyasiyadan necə qorunmaq olar?

İnflyasiya, Yatırım, Portfel,Fond bazarları

Sürətlənən inflyasiya günü-gündən daha çox dünya iqtisadiyyatına təsir edir. ABŞ iqtisadiyyatında noyabr - dekabr aylarında inflyasiya 7%+ səviyyəsində idi və bu 39 ilin maksimum rəqəmləridir. Artıq yüksək inflyasiyanın olması ilə hamı razılaşır və bəzi ekspertlər və iş adamları hiperinflyasiyanın olması barədə fikirlər yürüdürlər. ABŞ - da inflyasiyanın yüksək olması inkişaf etməkdə olan və idxal mallarından çox asılı olan iqtisadiyyatlarda rəqəmlər daha da böyük olur. 

İnflyasiyanı sürətləndirən əsas amillərdən biri pul çapı (COVİD - lə mübarizə) və təchizat zəncirində olan problemlərdir. Bundan əlavə enerji qiymətləri və bunun daşınmaya verdiyi təsir. ABŞ - da insanlar pandemiya zamanı lazım olandan daha çox məhsul almaqla tələb şoku yaratdılar və dünya əhalisinin alışları pandemiya dövründə iqtisadiyyatın istehsal gücündən daha böyük idi. İnflyasiyanın artımı da Mərkəzi Bankların stimullaşdırma siyasəti və onun müddətinə ciddi təsir edir. Banklar artıq “məcbur” stimullaşdırmanı dayandırmalı və əksinflyasiya tədbirləri görməlidirlər. Bu da krediti bahalaşdıra və ümumi iqtisadiyyata zərbə vura bilər.

Uorren Baffet məsləhət görür.

Əfsanəvi investor inflyasiyanı “korporativ lent qurdu” adlandırır. Onun fikrinə görə, inflyasiya gəlir vergisindən daha çox pul aparır və bu lent qurdu hər gün gəlirdən öz dozasını yeməklə biznesləri daha çox debitor borclarına, məhsullara və əsas biznesə pul xərcləməyə məcbur edir. Amma buna baxmayaraq inflyasiya zamanı kapitalı qorumaq da mümkündür. Omahalı əfsanə bizə reinvest az tələb edən biznesləri seçməyi və qiymət artımı zamanı məhsullarının satışında daha çox qazana biləcək şirkətlərə yatırım etməyi məsləhət görür. Bunlara misal olaraq Coca-Cola, McDonalds, Starbucks kimi şirkətləri göstərmək olar. 

Kapitalınızı nağd şəkildə saxlamayın.
Digər əfsanəvi investor Ray Dalionun verdiyi məsləhətdə əsas diqqət kapitalın yatırılması istiqamətindədir. Nağd vəsait inflyasiya zamanı ən çox zərər görən aktivdir. Bundan əlavə tarixi olaraq əmtəə malları inflyasiyanı çox zaman sıfıra endirə biliblər və sizdə əmtəə məhsullarına yatırım edərək inflyasiyadan qaça bilərsiniz. ABŞ fond birjalarında çox sayda ETF - lər təklif olunur və bu alətin köməyi ilə portfelniizi şaxələndirə və fərqli strategiyalardan istifadə edə bilərsiniz. Digər sahələrdən enerji sektoru və daşınmaz əmlakı göstərmək olar. Bu sahələr inflyasiyanı ən tez qiymətə salan sahələrdir. Klassik qızıl və digər əlvan metallara da inflyasiya zamanı ilk ağıla gələn tarixi alətlərdəndir. 

İnflyasiya normaldır.

Nə qədər qəribə səslənsə də inflyasiyasız iqtisadi artım da olmur. İqtisadiyyatda ümumi verilən qərarların, gözlənilməz hadisələrin, insanların rəftarı və s. kimi fərqli hadisələr zamanla puılunuzun sürətlə dəyərdən düşməsinə gətirib çıxara bilər. Bu səbəbdən kapitalınız hər zaman sizin üçün çalışmalıdır. Kapitalınızın çalışması üçün də siz passiv olaraq investisiya etməli, perspektivli sektorlar haqda məlumatlı olmalı və klassik depozit qoyuluşlarına alternativ yatırımlar tapmalısınız. İqtisasdiyyatda donma, geriləmə və ya zəifləmə olanda bankların kredit verməsi azalır və ümumən riskləri artır. Bu səbəbdən portfel yaratmaq optimal variantdır. Bunun üçün peşəkarlara müraciət etsəniz daha yaxşı olar. Azərbaycanda peşəkar investaisiya xidmətləri göstərən investisiya şirkətləri var və onların məsləhət xidməti, portfel idarə olunması kimi fərqli servisləri var. Bundan əlavə fond bazarları və ümumən yatırım dünyası haqda əlavə kitablar oxuya, təlimlərə qoşula və zamanla prosesi anlaya bilərsiniz. İnflyasiya və yatırım haqda əlavə materiallar təqdim edəcəyik. Qrafiklər və fərqli qısa məlumatlardan xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən və Telegram kanalından izləyə bilərsiniz. 
 

Fond bazarlarında yatırım etməyi öyrənmək istəyirsinizsə əməkdaşlıq etdiyimiz Freedom Finance Azerbaycan ilə əlaqə saxlaya bilərsiniz. 

Tel: +994 51 205 04 41
Əlavə məlumat üçün keçid: https://buff.ly/3oOyGpR 


Məzmun yalnız məlumat məqsədlidir. Səhmlərə, istiqrazlara, kapital bazarları fondlarına və digər maliyyə alətlərinə investisiya risklidir. Kapital qoyuluşları fərqli dövr və situasiyalarda risklərin artmasına gətirib çıxara bilər.

 


İnflyasiya   Yatırım   Portfel   Fond bazarları  

 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün