03 Fevral 2022
1174

WEB 3.0

Internet, WEB 3.0, innovasiya, yenilik

WEB 3.0 adlı yeniliklər barədə fərqli formatda yazmağı qərara aldıq. İnternetin bizə gətirəcəyi fərqliliklər və onlardan doğan fərqli həyat tərzləri barədə uzun-uzun yazmaq və mübahisə etmək olar. Amma bizdən asılı olmadan dünya bu dəyişikliklərə gedir və biz istəməsəkdə (istəsəkdə) bunun bir hissəsi olacayıq. Proses isə maraqlı və həyəcanlandırandır. Təsəvvür edəndə ki hər kəsin öz kripto cüzdanı olacaq (fərqli cüzdanlar) və tranzaksiyalar zamanı 2 fərqli kriptonu cəld birjada change edib köçürəcəksiniz, banking və digər öyrəşdiyimiz klassik köçürmələr və onların diqtə etdiyi situasiyalar artıq “dəbdən” düşəcək həyəcanlanmamaq olmur. Buyurun WEB 3.0 haqda qısa araşdırma. 

Login

WEB 1.0 - giriş üçün email və şifrə istənilir. 

WEB 2.0 - giriş üçün digər platformalardan google/facebookdan istifadə oluna bilir. 

WEB 3.0 - giriş üçün kripto cüzdanınız bəs edir. 

Ödəniş

WEB 1.0 - ödəniş təqdim olunan hesaba və bank köçürməsi ilə edilir.

WEB 2.0 - ödəniş bank kartı ilə xarici ekvayrinq səhifə vasitəsi ilə edilir.

WEB 3.0 - Səhifəni tərk etmədən cüzdanınızdan ödəmək imkanı və anında hesablaşma.

Şəxsi məlumatlar

WEB 1.0 - Şəxsi məlumatlar servisi verən şirkət və ya şəxsin serverində saxlanılır.

WEB 2.0 - Şəxsi məlumatlar bulud texnologiyası vasitəsi ilə saxlanılır.

WEB 3.0 - Şəxsi məlumatlar açıqlanmır. Təkcə kripto cüzdan və onun balansı göstərilir.

İstifadəçi və şəbəkə

WEB 1.0 - İstifadəçi servisdən istifadəyə görə pul ödəyir.

WEB 2.0 - İstifadəçi sersivdən istifadəyə görə ekosistemə ödəniş edir və əvəzində loyallıq balları alır.

WEB 3.0 - İstifadəçi sersivdən istifadəyə görə ödəniş edir amma əvəzində pay alır (token airdrop, token purchase)

Servisin sahibi

WEB 1.0 - servisin admini həm də onun sahibidir.

WEB 2.0 - təsisçilər, investorlar və fond birjasında səhmləri əldə edən şəxslər servisin sahibləridir. 

WEB 3.0 - servisin yaradıcısı və proqramçısı, ilkin istifadəçilər və kripto birjada token alanlar servisin sahibləridir. 

Servisin marketinqi

WEB 1.0 - servisin admini reklam alır və daha çox ümidi “dildən-dilə” metodunadır. 

WEB 2.0 - klassik marketinqdə böyük büdcələr - youtube, sosial şəbəkələr, seo, media və s. 

WEB 3.0 - servisin reklamı ICO, airdrop, komuniti kanallar (reddit, diskord, tematik forumlar, telegram kanallar). 

Servisin cəmiyyəti

WEB 1.0 - servisin demək olar ki, cəmiyyəti yoxdur. 

WEB 2.0 - servisin marketoloqları product market fit olduğu zaman sürətlə cəmiyyət böyütməyi bacarırlar. 

WEB 3.0 - İlk olaraq cəmiyyət yönümlü layihə və əgər maraq varsa sonda məhsulun inkişafı. 

Texniki dəstək

WEB 1.0 - email və telefon vasitəsi ilə.

WEB 2.0 - dəstək Zendesk və ticket üsulu ilə.

WEB 3.0 - ünvanlı və sürətli dəstək - şəxsi çatlar, reddit və forumlar, kanallar və s.

Servisin gəliri

WEB 1.0 - admin bütün gəliri özünə götürür

WEB 2.0 - səhmdarlar şirkətin gəlirinə şərik olur və birjada şirkətin bazar dəyərinin artmasından gəlir əldə edirlər. 

WEB 3.0 - servisdə payı olan (token) istifadəçilər kripto cüzdanlarına gəlir əldə edirlər və birjada tokenin dəyərinin artmasından qazanırlar. 

Servisin məhsulunun inkişafı 

WEB 1.0 - təsisçi və admin hansı yenilikləri əlavə etməsi barədə düşünür. 

WEB 2.0 - product maker - lər kütləni analiz edərək inkişafı bəlirləyirlər. 

WEB 3.0 - pay sahibləri (token) məhsulun inkişafında, yol xəritəsinin seçilməsində, əlavələrin olunmasında, şirkətin siyasətində iştirak edirlər. 

Şəbəkə effekti 

WEB 1.0 - istifadəçilərin sayının artırılması “dildən - dilə” və banner reklamları vasitəsi ilə baş verir. 

WEB 2.0 - istifadəçilərin sayının artırılması klassik e-marketinq vasitəsi ilə baş verir. 

WEB 3.0 - istifadəçilərin sayı servisin industriyada reputasiyası, birlikdə keçirilən əyləncələr, istifadəçilərinə qazanc gətirən servislərin hesabına baş verir. 
 


Bayramlı Tamerlan

 


Internet   WEB 3.0   innovasiya   yenilik  

 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün