İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün
Deprecated: Function strftime() is deprecated in /home/finkorp/public_html/inc/engine.php on line 129
Deprecated: Function strftime() is deprecated in /home/finkorp/public_html/inc/engine.php on line 130
Deprecated: Function strftime() is deprecated in /home/finkorp/public_html/inc/engine.php on line 130
18 Fevral 2022
Böyük pullar yoxsa ömürlük portfel?

Maliyyə bazarlarında ticarət edən və digər əməliyyatlarla məşğul olan şəxslər fərqli yatırım və ticarət növləri haqda eşidiblər. Scalping, day trading, aktiv yatırım, uzun müddətli investor və s. göstərmək olar. Sizinlə fond bazarlarında əməliyyat növü və icrasına görə ən asan metodlardan birini bölüşmək istəyirik. Bu mətndə son illərin ən məşhur səhmlərindən ibarət portfel yaradacayıq.
Kimlər?
Portfel - Roblox, Netflix, Shopify, Facebook, Paypal, Zoom və Roku kimi səhmlərdən ibarət olaraq yığılıb. İnvestisiyanın növü al və saxla (buy and hold) seçilib və risk tam olaraq qarşılanır. Bu nə deməkdir? Yəni bazar şəraitindən asılı olmayaraq portfel satılmır. Portfeldə kapital bölgüsü ən sadə üsulla olub. Hər səhmdən bir ədəd. Portfelin maksimum müddəti 13 fevral 2017 - ci ildən götürülüb. Yəni 5 il.
Onu da nəzərə alın ki, səhmlərin hamısı o tarixdən birjada ticarət olunmur. Misal üçün Roblox 10 mart 2021 - ci il tarixindən birjada (İPO) ticarət olunur. Təsəvvür edək ki, bu səhmlər bu beş ildə ticarətə çıxdığı gün bir səhm alaraq portfelinizə əlavə etmisiniz.
Aşağıda gördüyünüz qrafikdə portfelin 2017 - ci il tarixindən gəlirliyi göstərilib. 13 fevral 2017 - ci ildə bu portfeli almaq üçün sizə $388.97 kapital lazım olacaqdı (Roblox, Zoom, Roku hələ ticarət olunmurdular).
Qrafik 1: dollarda gəlirlik dinamikası
Portfel əsas gəlirliyi 2021 - ci ildə olmasına baxmayaraq 3 il böyük gəlirliklər verməyib. Əsasən də 2018 - 2019 - cu illərdə. Düzdür faiz baxımından yenə də inanılmaz gəlirlikdir amma 5 illik müddətdə fərqli böyük gəlirlikləri görürük. Portfel 4 dəfə volatil olaraq dəyər itirib - 18,19,20 (COVİD) və 2021 - ci ilin maksimumlarında. Qrafikdən də göründüyü kimi portfel demək olar ki, $4000+ qədər dəyər qazanır amma inflyasiya və son aylarda olan həyəcan və volatillik portfeli qısa müddət ərzində 800% - lıq gəlirdən, 400% - ə qədər enməyə məcbur edib. Faizlə olan gəlirliyi aşağıdakı qrafikdə incələyə bilərsiniz.
Qrafik 2: faizlə gəlirlik dinamikası
Problem?
Sual verə bilərsiniz ki, gözəl xəyallar və arzulara səbəb ola biləcək belə güclü portfel niyə qısa zaman ərzində belə dəyər itirir? Cavab - Reallıq və gözləntilər arasında olan konflikt. Hər bir səhm bir şirkətin hissəsidir. Siz səhm aldıqda o şirkətdən pay alırsınız yəni bu qrafiklər, ticarət və ya “oyun” dan başqa investorun aktivlə olan münasibətidir. Hər bir şirkətin fəaliyyətinin mənası gəlirdir. Bu gəlirlik uzun illər sonra da ola bilər, Start up - formatında da ola bilər, stabil də ola bilər amma şirkətlər çalışırlar və hansısa fəaliyyətlə məşğuldurlar. 2021 - ci ildə fond bazarlarının kəskin və qeyri rasional artımı şirkətlərin real bizneslərində olan göstəricilərini sürətlə qabaqlamaqla “bubble” dediyimiz effekt yaratdı. Misal üçün Netflix şirkətinə baxaq. Biz sadə göstəricilərdən EPS (bir səhmə düşən gəlir) göstəricisindən istifadə edəcəyik. Aşağıda gördüyünüz diaqramda Netflix şirkətinin illər üzrə bir səhmə düşən gəlirini görürsünüz.
Diaqram 1: Netflixin gəlirləri
Beş il ərzində Netflix inanılmaz gəlir artımı sərgiləyib 10x. 1000%. Bu illər ərzində səhmlərin dəyəri 400% kimi artıb. Hal-hazırda satışlardan sonra bu göstərici 5 ilə 171% təşkil edir. Niyə? İnvestorlar ildən-ilə belə gəlirlik göstərən şirkətin nəticələrinin hər zaman belə olmasına inanıblar və Netflix gözəl hesabatlıq verməsinə baxmayaraq onlar hər zaman 5 ilə 10x artım gözləyirlər. Şirkətin problemləri, rəqibləri, dünya iqtisadiyyatı və s. kimi detallar unudulur ancaq yatırımdan gəlir düşünülür. Əslində katastrofik heçnə olmayıb sadəcə şirkət növbəti 5 ildə 10x artım gözləmədiyini ama yenə də güclü inkişaf olmasını bildirmişdi.
P/E? - fond bazarlarında şirkətin EPS gəlirlərini analiz edən zaman onun səhmin qiymətinə olan nisbəti ilə analiz edirlər. 2017 - ci ilin sonunda Netflixin bir səhminin qiyməti $191 idi və bu rəqəmi $1.29 EPS - ə bölsək 148 rəqəm alırıq. Bu nə deməkdir? Şirkətin səhmləri gəlirlərindən 148 dəfə baha satılır və ya investorlar ödədikləri $191 - ı 148 ilə geri alacaqlar (əgər Netflix teoretik olaraq $1.29 qazanmağa davam edərsə). Siz 148 il sonra kapitalınızı qaytaracaq investisiya fikrinə kapital qoyuluşu edərsiniz? Əlbətdə yox. Bəs niyə edilir? Perspektivlər. Sabah 148 illik gözlənti 20 ilə düşərsə?
Lakin istənilən düşünən adam gəlirlərin bir yerdə qalmayacağını və perspektivlərin olmasını düşünür. Təsəvvür edək ki, siz Netflixin 2019 - cu ildə bir səhmə görə $4 qazanacağını proqnoz edirsiniz və $191 səhmləri almaq istəyirsiniz. Bu zaman sizin P/E göstəriciniz 47 olacaq. Amma 2019 - cu ildə rəqəmlərə baxsaq bir səhmə görə $4.26 qazanan şirkətin səhmlərinin qiyməti artıq $325 idi və P/E göstəricisi 76 idi. Səhmləri $191 dən alıb indiyə (2022) saxlayan üçün bu göstərici (191/11.54) 16.55 P/E təşkil edir və ağıllı investor bu “deal” - dan heç vaxt çıxmaz.
Bütün bunlar nə deməkdir?
İstənilən səhm və ya səhmlər toplusu olan portfelin gəlir, risk, perspektiv və s. kimi gözləntiləri var. Bu gözləntilər reallıqdan kənara çıxanda “qorxu”, “həyəcan”, “qeyri rasional qərarlar” kimi fərqli risklər əmələ gəlir və zəif xarakterli investorlar, spekulyantlar, “oyunçular” bazardan çıxırlar və uzun müddətli investorlar tarixi gəlirlikləri, biznesi, iqtisadiyyatı başa düşərək bu səhmləri alır və özləri üçün fərqli gözləntilər və perspektivlər yaradırlar. Məhz Uorren Buffet bu şəkildə yatırım edir. Siz onun Coca-Cola əməliyyatına baxsanız 20+ ildən çox səhmi saxlama görərsiniz və Coca-Cola - nın 20+ ildə gəlirlərinə baxsanız görərsiniz ki, dividendləri saymasaq belə bu əməliyyat onun üçün pulsuz olur. Biz hər həftə portfelin vəziyyətini sizinlə paylaşacayıq və bu TOP səhmlərin gəlirliyi və dəyərləndirilməsini birlikdə analiz edəcəyik. Bu arada Netflixin hal-hazırda P/E göstəricisi 35 təşkil edir. Növbəti beş ildə şirkət 10x yox 3x artarsa (11.55*3=34.65) və sizin indi 400 aldığınız Netflix səhmlərinin P/E göstəricisi 11 kimi enərsə? Bu ideal yatırım deyil?
Əlavə
Aşağıda gördüyünüz qrafikdə səhmlərin ayrı ayrlıqda ilin əvvəlindən və son beş ildə göstərdikləri gəlirlik əks olunub.
Məzmun yalnız məlumat məqsədlidir. Səhmlərə, istiqrazlara, kapital bazarları fondlarına və digər maliyyə alətlərinə investisiya risklidir. Kapital qoyuluşları fərqli dövr və situasiyalarda risklərin artmasına gətirib çıxara bilər.
Fond bazarlarında yatırım etməyi öyrənmək istəyirsinizsə əməkdaşlıq etdiyimiz Freedom Finance Azerbaycan ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994 51 205 04 41
Əlavə məlumat üçün keçid: https://buff.ly/3oOyGpR
Bayramlı Tamerlan