17 May 2022
1292

Keyns necə yatırım edirdi?

Keyns, Yatırım, İnvestisiya, Səhmlər, Makroiqtisadiyyat

Yəqin ki iqtisadiyyatla maraqlanan hər kəs nə vaxtsa John Keyns adını eşidib. İqtisadiyyatda innovativ fikirləri ilə önə çıxan və böyük iqtisadiyyatların gedişini dəyişən Keyns həm də investisiyaya da böyük dəyişikliklər gətirib. Məhz o 1924 - cü ilə anlamışdı ki, uzunmüddətli zaman periodunda investisiya zamanı səhmlərdə olan risk istiqrazlarla müqayisədə daha çox olduğu üçün gələcəkdə daha yüksək gəlirlik gətirməlidir. Ondan əvvəl ən məşhur maliyyə aktivi istiqrazlar idi və uzun müddətli periodlar üçün məhz istiqrazlardan istifadə olunurdu.

Keyns 1946 - cı ildə vəfat edərkən onun portfeli 400 000 funt dəyərində idi və bu rəqəm indiki ekvivalentdə $30 milyon təşkil edir. Onun kitabları yaxşı satılsada daha çox gəliri ona məhz investisiya gətirmişdi. Bundan əlavə Nyutonun “Natural fəlsəfənin riyazı başlanğıcı” adlı original əsəri, Miltonun “İtirilmiş cənnət” əsərinin ilk buraxılışı, Matis, Brak, Deq, Pikasso kimi rəssamların original əsərləri  ona məxsus idi və bu əsərlərin qiyməti əlavə olaraq 80 000 funt qiymətləndirlirdi. 

Keynsin invesstisiya strategiyası və qərarlarından dəqiq nəticələr əldə etmək çətindir. Özünün dili ilə desək: “ İnformasiya dəyişdiyi zaman mənimdə qərarlarım dəyişir. Bəs sizdə”?. Amma yenə də həm yazılarında həm də etdiyi investisiyalara diqqətlə baxdığımız zaman maraqlı məlumatlar əldə edə bilərik.

Nəticə 1: Hər kəs qorxanda siz ürəkli olun və yatırım edin. 1918 - ci ilin mart ayında cavan iqtisadçı Keyns Britaniyanın baş nazirini inandıra bilirki Fransanın XİX əsrə aid incəsənət nümunələrini əsasən də rəsm əsrələrəini ucuz qiymətə almaqla gələcəkdə gəlir əldə etmək olar. Bunun üçün o nazirdən 20 000 funt (indiki pulla milyonlar) almağı bacarır baxmayaraq ki, o zaman Britaniya yeni müharibədən çıxmışdı və büdcə çətin vəziyyətdə idi. Fransanın paytaxtının qapılarında isə hələ də Almanlar dayanmışdı. Amma buna baxmayaraq 27 ədəd rəsm əsəri almağı bacarır və indi bu əsərlərin milyonlarla qiyməti var. 

Eyni bu addımı Keynsin tələbəsi italyan iqtisadçı Pyerro Sraffa Xirosima və Naqasakinin bombalanması sonrası etmişdi. O Yaponiyanın dövlət istiqrazların almaqla illər sonra Yapon iqtisadiyyatının dirçəlməsindən böyük gəlir əldə etmişdi. 

Nəticə 2: Bazarlar sizin gözlədiyinizdən daha çox irrasional ola bilərlər. Səbrli olun. Rəsmlərlə avantyuradan sonra Keyns avropa valyuta bazarında spekulyasiya etməyə başladı. Onun fikrinə görə müharibə sonrası avropa ölkələrin valyutası iqtisadi problemlərə dözməyəcək və inflyasiya təzyiqi altında çökəcəklər. Bu düşüncə ilə əməliyyatlar edən iqtisadçı 6000 funt gəlir əldə etməyi bacarır. Amma bir neçə ay sonra qazandığı məbləği yenidən itirir. Almaniya iqtisadiyyatının sürətlə inkişaf edəcəyini və hiperinflyasiyanı gözləməyən investor səhv addım atır. Düzdür yaxın zaman yenidən kapitalını geri qaytara bilir və hətta 21 000 funt əlavə kapital yığa bilir.

1030 - cu ildə Keyns əmin idi ki, ABŞ prezidenti Ruzvelt iqtisadiyyatı “böyük depressiyadan” çıxara biləcək və onun iqtisadi planı düzdür. Belə düşünməyə əsas səbəb o idi ki, iqtisadi planın çox hissəsini Keyns özü prezidəntə təklif etmişdi və Ruzvelt bu planla razılaşmışdı. ABŞ iqtisadiyyatına “bet” edən Keyns əvvəl az hərəkətli səhm bazarı ilə qarşılaşsada sonradan səhmlərin dəyər qazanması ilə böyük gəlir əldə etmişdi. 

Nəticə 3: Az dəyərləndirilən səhmlərə yatırım edin. Keyns öz vəsaitindən əlavə dostlarının, Kraliyyət kollecinin, iki siğorta şirkətinin və bir neçə fondun vəsaitini də idarə edirdi. 25 illik investisiya karyerasında onun ortalama illik gəliri 16% təşkil edir ki, bu onun dövrü üçün inanılmaz rəqəmdir. 1929 - cu illərin birja çökməsi, dünya müharibəsi və böyük depressiyanı nəzərə alsaq inanılmaz bacarıqdır. Onu bu göstəricilərə çatmasında əsas prinsip - dəyər yatırım yəni Value invest prinsipi idi. Keyns öz dövrünün Baffeti olub. Keyns az dəyərləndirilən səhmlərə əsasən də aşağı və orta kapitallaşmış səhmlərə və yaxşı dividend verən şirkətlərin səhmlərinə yatırım edirdi. Bəzən bu səhmlər illik 6% qədər dividend ödəyirdilər. Əlavə olaraq Keyns bazardan geri qalan səhmlərə yatırım edirdi. Onun zamanında investorlar dəyər qazanan səhmlərə daha çox yatırım edirdilər. İndi belə strategiya *momentum adlanır. 

1920 - ci illərdə Keyns daha çox spekulyant kimi özünü aparırdı və biznes dövrlərə görə yatırım edirdi. Sonralar o öz yazılarında: bazarları qısa müddətdə proqnoz etmək mümkün deyil və bu da o mənaya gəlir ki itkilər daha çox olacaq. Əgər karyerasının əvvəlində o “yuxarıdan aşağı” prinsipindən istifadə edərək ümumi iqtisadiyyatın potensialını analiz etdikdən sonra fərqli səhmlərə yatırım edirdisə , sonralar ümumi iqtisadiyyatı yox konkret kağızları analiz etməklə “aşağıdan yuxarı” prinsipinə keçdi. Bu zaman əvvəl səhm axtarılır və sonra onun indiki və gələcəkdəki iqtisadi potensialına baxılır. 

Nəticə 4: Risklərinizi kontrol edin. 1930 - cu illərdə Keyns daha çox kapitalını az sayda kağızlarda saxlayırdı. Baffet kimi o da anladığı biznesə yatırım etməyin bilmədiyiniz onlarla biznesə (adıını diversfikasiya qoysanızda) yatırım etməkdən daha yaxşıdır. Bundan əlavə Keyns məhz şirkətin kimin idarə etdiyini, hansı planlarının olduğu, daxili qiymətinin və gələcək gəlirlər proqnozunun necə olduğuna çox diqqət edirdi. 

Keynsdən aldığımız dərslər: 

- Daha çox şirkətlərin daxili dəyərlərinə diqqət edin və gələcək gəlirlərini nəzərə alın. 

- Daha azad və özünüzə məxsus qərarlar verin və əgər özünüzə əminsinizsə bazarlara qarşı getməyi öyrənin. 

- Cəsarət və “soyuqqanlı və səbr” arasında olan balansı saxlayın. 

- Kapitalınızı biznesini anladığınız şirkətlər arasında bölün. 

Yeni başlayan və vaxtı az olan investorlar üçün dərin analiz etmək çətin olduğu üçün daha diversfikasiyalı və ETF - lərlə zəngin portfel yaratmaq daha məqsədə uyğundur. 


Bayramlı Tamerlan

 


Keyns   Yatırım   İnvestisiya   Səhmlər   Makroiqtisadiyyat  

 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün