24 May 2022
1191

Elektrik avtomobilləri portfeli

Tesla, Elektrik avtomobillər, Lucid, Rivian, Səhmlər, Trading, Portfel, Yatırım, İnvestisiya

Elektrik avtomobilləri isehsal edən şirkətlərin səhmləri yüksək volatilliyə sahib olurlar. Bazar iştirakçıları bu şirkətlərin real biznesdə gəlirlərini görmədiyindən və klassik hesablama aparmaq mümkün olmadığı üçün ancaq gələcəklə bağlı gözləntilərini qiymətə əks etdirirlər. Əsasən də əgər şirkətin gördüyü iş ELon Mask və onun işi ilə eynidirsə. Böyük “hype” altında olan bütün şirkətlər hazırda güclü dəyər itirmə ilə qarşı qarşıyadırlar. Misal olaraq Lucid Group şirkətini göstərə bilərik.

Qrafik 1: Lucid Group şirkətinin ilk ticarət günündən qiymət dinamikası.

Qrafikdən də gördüyünüz kimi IPO qiyməti $10.25 olan səhm 2 dəfə $50-$60 arası ticarət olunurdu və bu bazar kapitallaşması ilə $86 milyard anlamına gəlirdi. Hazırda isə $18-$17 civarında ticarət olunur.

Perspektivlər: Ümumi olaraq elektrik avtomobilləri sektorunun perspektivləri yüksəkdir (maksimiumda olan qiymətləri saymasaq). Həm dünyada tullantısız və yaşıl iqtisadiyyat modellərinə keçid və bu haqda müzakirələrin və insan fikirlərinin müsbətə doğru dəyişməsini həm də enerji saxlama texnologiyalarında yeni innovativ həllərin ortaya çıxmasını perspektivlərə müsbət amil kimi göstərmək olar. Fond bazarlarında qorxu və panik satışların olması perspektivli şirkətlərə daha çox təsir edir (onların gəlirlərinin şübhə altına düşməsi səbəbindən) və bu faktor özlüyündə daha az risklə daha çox pay almaq və gələcəkdə gəlir əldə etmək şansları yaradır. Aşağıda gördüyünüz cədvəldə bu sektorun Tesladan başqa TOP10 şirkətlərinin hazırki qiyməti və bazar kapitallaşmaları qeyd edilib. 

Cədvəl 1: Səhmləri ABŞ fond bazarlarında ticarət olunan elektrik avtomobilləri istehsal edən şirkətlər. 

Təsəvvür edin bu şirkətlər “hype” və maksimumlarda indiki $125.5 milyard bazar kapitallaşmasından 2 dəfə daha baha idilər. Bu şirkətlərdən ümumi olaraq nə kimi gəlir əldə etmək olar? 

Analiz: Yuxarıda qeyd etdiyim kimi Tesladan başqa digər şirkətlərin ciddi irəliləyişi yoxdur və bəziləri hələ satışlar belə etmirlər. Lakin bu şirkətlərin digər fərqli perspektivli sektorlardan fərqi var. İnvestorlar inanılmaz rəqəmlərlə bu şirkətlərə ilk gündən yatırım ediblər. Misal üçün Rivian şirkətinin bazar dəyəri $23.6 milyarddır amma balansında nağd vəsait və investisiaların həcmi $18 milyarddır. aşağıdakı diaqrama diqqət edin. Burada şirkətlərin balanslarında olan nağd vəsait və investisiyaların həcminin onların bazar kapitallaşmasına olan nisbəti göstərilib. Ümumi olaraq isə $125.5 milyard kapitallaşması olan bu şirkətlər balanslarında $51.230 milyard vəsait saxlayırlar. 

Bu bizə nə kimi kömək edə bilər? Uzun müddətli dayanıqlılıq və inkişaf üçün lazım olan vaxt. Riski sevən investorlar bu portfeli eyni ölçüdə almaqla yəni hər səhmə bu ideya üçün ayrılmış kapitalın 10% - ni xərcləməklə ümumi perspektivləri ala bilərlər. Əlbətdə anlamaq lazımdır ki, bu şirkətlərin hamısı uğurlu olmayacaq və bəziləri hətta yox olub gedəcəklər amma səbət şəklində bu səhmlərin alınması sizə “idea trade” zamanı diversfikasiya olunma üstünlüyü verəcək. 

Aşağıdakı portfeldə səhmlərə fərqli faizlərlə yatırım olunan cədvəl göstərilib. Zamanda test etmək üçün bu “idea trade” cədvəlini burada saxlayırıq. Haızrda portfelə bizim yazdığımız payla investisiya etsəniz $7789 - lıq portdel əldə etmiş olarsınız. Burada əsas fikir nağd vəsaitlərinin çox olması səbəbindən innovasiya edə biləcək elektrik avtomobilləri istehsal edən şirkətlərin səhmlərini səbət şəklində almaq, riski azaltmaq və ümumi tendensiyadan gəlir əldə etməkdir. 

 


Məzmun yalnız məlumat məqsədlidir. Səhmlərə, istiqrazlara, kapital bazarları fondlarına və digər maliyyə alətlərinə investisiya risklidir. Kapital qoyuluşları fərqli dövr və situasiyalarda risklərin artmasına gətirib çıxara bilər.


Bayramlı Tamerlan

 


Tesla   Elektrik avtomobillər   Lucid   Rivian   Səhmlər   Trading   Portfel   Yatırım   İnvestisiya  

 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün