16 İyun 2022
1205

Kapitalın gələcəyi və ya kripto çöküş

Maliyyə bazarları, Trading, Stocks, Crypto, Bitcoin, Etherium, Risk

Dünya maliyyə bazarlarında bütün aktivlər üzrə qeyri müəyyənlik, xaos və spekulyativ defoltlar maksimum həddə çatır. Səbəbləri artıq hər kəs bilir və bizdə Finkorp olaraq dəfələrlə bu haqda yazmışıq. İnflyasiya və onun dinamikası, loqistikada çətinlik, bahalı enerji qiymətləri və daşınma xərcləri, risksiz aktivlərin gəlirləri və s. kimi bir neçə səbəblər. Qısa olaraq fərqli bazarlara nəzər salaq. 

Ümumiyyətlə nə baş verir? İstənilən maliyyə bazarlarında hər bir iştirakçının əməliyyatı etmək üçün öz səbəbləri var. Bu səbəblər riskdən qaçış, gəlir, şirkətin alınması, biznes, spekulyativ və s. səbəblərdən ola bilər. Fiziki şəxslərdən əlavə fondlar və digər böyük şirkət və banklar da bazar iştirakçılarıdır. Ümumi olaraq fond bazarlarında əsas satışlar neft qiymətlərinin artmasından sonra başladı. Qrafikdən də göründüyü kimi neft qiymətlərinin dinamikası ilə ABŞ indeksi SnP500 indeksi əks dinamika sərgiləyir. 

Neft qiymətlərinin artımı dünya üzrə bütün daşınmalarda qiymət artımı anlamına gəlirdi və bu da öz növbəsində dolları digər aktivlər və valyutalara qarşı gücləndirəcəkdi və bu güclənmənin də şahidi olduq. Güclü dollar dünya ticarətində xərcləri artırmalı idi ki, bu da şirkətlərin gəlirlərinə zərbə olacaqdı. Fond bazarları sürətlə bu hadisə baş verməmiş buna reaksiya verdilər. İnflyaisya dedikdə məhz gəlirlərin zərər görməsi və gələcəkdə bağlı dəyərləndirmələrin dəyişşməsi nəzərdə tutulur. Bundan əlavə məhsul və servislərin artım sürət ilə insanların gəlirləri və ya maaşlarında olan artım eyni olmadıqda insanların xərcləri azalır. İqtisadiyyat zəif inkişaf edir. Hər bir səhm bir şirkətə bağlıdır yəni şirkətin fəaliyyəti və maliyyə vəziyyəti ilə dəyərli olur. Misal olaraq Apple şirkətinin səhmlərinin $1 kimi enməsi absurddur və bu onlama gələr ki, bazarlar şirkətin bankrot olmağını gözləyirlər. Amma səhmin $180 - dan $135 kimi enməsi normal prosesdir və hətta $100 kimi enişi belə. Bu rəqəmlər bizə onu deyir ki, şirkətin gələcək gəlirlərini (maliyyə axını) daha az gözləyirlər və ya indiki inflyasiya situasiyasında o gəlirlərə $180 ödəmək istəmirlər və daha yaxşı qiymətlərdən almağı planlayırlar. Qısa olaraq ilə $385 milyard gəlir (satışlar) əldə edən şirkətin bazar dəyərinin birdən-birə $100 milyarda düşməsi qeyri realdır. Fond bazarlarında enişlər müvəqqəti olur və iqtisadi artım zamanı yenidən öz normasına qayıdır. Bəs Kripto??

Kriptolarda vəziyyət fərqlidir. İlk olaraq onu demək lazımdır ki, yeni valyuta və yeni sistem adı ilə “evolusiya” etməyə gələn kriptolar bu gözləntiləri doğrultmadı. Onların volatil olması ticarətə heç uyğun deyil. Təsəvvür edin bir bitcoin - ə sahibsiniz. Bazar dəyəri də $60 000 - dır. Siz $60 000 - a bir avtomobil alırsınız və ödənişi Bitcoin - lə edirsiniz. 10 gün sonra bitcoin artıq $80 000 - ə ticarət olunur və sizin yeni avtomobilinizə xərciniz artıq $80 000 - dir. Yəni $20 000  daha baha. Bu situasiyanın əksinə satıcı da düşə bilər. Belə ki, qiymət $30 000 enibsə və bu zaman ərzində satıcı bitocini dollara çevirə bilməyibsə 50% ziyandadır. Bu ticarət və onun təhlükəsizliyinə ciddi zərbədir. 

İstənilən kriptonun tam olaraq azad ticarətdə istifadə olunması üçün onun fiat valyutalara qarşı ticarət olunmaması lazımdır və ya yalnız digər kriptolara qarş ticarət olunmalıdır. EurUsd kimi. Bu ssenari də belə vəziyyət yenə də çətinləşir. Sizdə bitocindir satıcı ama Etherium istəyir və kriptoların çoxluğu vəziyyəti yenə də çətinləşdirir. Həm də belə bir sual verək. Əgər gələcəyin yeni valyutası və sistemi kriptodursa o zaman niyə köhnəlmiş dollara təklif edirlər?

Kriptolar hazırda yeni bir alət kimi yox klassik spekulyativ aktiv kimi dəyərləndirilir. Kriptolarda olan mövqelərin 70%-80% - i qısa müddətdə qiymət dəyişikliyindən gəlir əldə etmək istəyən bazar iştirakçılarına aiddir. Dərindən düşünəndə bitcoinin $1000 kimi enməsinə heçnə mane olmur. Yalnız qiymət azaldıqca gələcəkdə daha baha satmaq istəyən şəxslər tərəfindən dəstək ola bilər. Belə dəstəklər isə zəifdir və tez qırılır. Apple şirkətində $100 milyard saxlayan fondun gözlənti və planları ilə $20 000  - ə alım $30 000 - ə sataram düşüncəsi arasında fərq var. Bitcoinin qiymət dinamikasına diqqət edin. 

Qrafikdə qeyd etdiyim hissələrdəki enişlər çox tez unudulur və o zaman hansı səbəbdən dəyər itirmişdi araşdırılmır belə. Digər 2 qrafikdə bitcoinin ümumi gəlirliyi və son 1 ildə baş verənlərə aiddir. Siz ilk gündən almısınızsa +740% gəlirdə, son 1 ildə almısınızsa -56% ziyandasınız. Sual da budur ki, hansı zaman aralığında qərarlaşırsınız? 

Nəticə. Kripto dünyası fərqli fundamental və iqtisadi səbəblərdən alınıb satılır. Kriptolarıın gələcəyinə inanırsınızsa siz bu aktivlərə investisiya edə bilərsiniz amma hər zaman $0 ilə qarşılaşa biləcəyinizi də bilməlisiniz. Əksinə qiymət $1 milyon da ola bilər ki, siz $100 000 qiymətində sata bilər və çıxa bilərsiniz. İnflyasiya dövründə kriptoların real və kapitalı qorumaq kimi bir üstünlüyü yoxdur. Fond bazarlarında isə real biznes və onun biznes göstəriciləri ticarət olunur və zaman-zaman orada da yüksək gözləntilər olur. $10 milyard satış edən şirkət $1 trilyona dəyərləndirilə bilər amma gözləntilər özünü doğrultmadığı halda şirkətin dəyəri $200 milyarda düşə bilər və bu proseslər normaldır. Kriptolarla ticarət və yatırımlar zamanı real dəyəri olmayan və ya olsa belə bu çox müəmmalı və plansız olan bir aktivi ticarət etdiyiniz unutmayın.


Bayramlı Tamerlan

 


Maliyyə bazarları   Trading   Stocks   Crypto   Bitcoin   Etherium   Risk  

 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün