01 İyun 2017
14021

Standart and Poor's

Stock,Market,Index,p/e

Snp 500 indexi haqda biliklərin olması investorlara öz portfellərinin gəlirliyini artırmaq imkanı verir. Onun üzərində qurulmuş birja fondları azad kapitalınız üçün yaxşı seçim ola bilər. 
Çoxlarımız NYSE,Nasdaq,Amex bazarları haqda eşitmişik. Əlbətdə , bazar deyərkən ilk olaraq ağıla fond bazarı gəlir və onun qiymət dəyişməsin Dow Jones Industrial average (İndex : DJİ) və Standart and Poors 500 (INDEX : SPX) vasitəsi ilə izləyirik . Yaxşı investor olmaq üçün , ən populyar olan SNP 500 indexi haqda daha çox bilgilərə sahib olmaq lazımdır (Warren Buffet ozu indexə investisiya etməyi məsləhət görür). SnP 500 1957-ci ilin mart ayında yaranıb. O zaman benzinin bir litri $0.07 idi. İlk vaxtlarda indexa 425 istehsal , 15 dəmir yol və 60 komunal sektorunda olan şirkətlər daxil idi. Maliyyə şirkətlərinin səhmləri 1970 - ci illərdə indexə daxil olub. Snp 500 bazarın əsas hissəsini əhatə edir və onun tərkibinə 500 şirkət daxildir. Bu şirkətlər Amerikanin ən böyük şirkətləridir.
İndexdə ən böyük pay sahibləri :

Apple ( Nasdaq : AAPL ) , Microsoft ( Nasdaq : MSFT ) , Amazon.com ( Nasdaq : AMZN ) , Facebook ( Nasdaq : FB ) , ExxonMobil ( Nyse : XOM ) , Johnson and Johnson ( Nyse : JNJ ) , Bershire Hathaway ( Nyse :BRK-B.NYSE ) , Jp Morgan Chase ( Nyse: JPM ) və Alphabet ( Nasdaq : GOOG ) 

İndex bazarın dəyərləndirilməsində istifadə olunur
İnvestorların çoxu qiymət/gəlir (P/E) göstəricisindən istifadə edarak bazar aktivlərinin dəyərlindirməsini edirlər. Snp 500 indexi bunu ayrı ayrılıqda yox bütün bazarı dəyərləndirməyə icazə verir. Misal olaraq onu göstərmək olarki, bu ilin martında analitiklər indexin P/E göstəricisini 30 punktu keçdiyini və bu hadisənin fundamental gösətəricilərdən yüksək olmasını (Spekulasiya) və bu bazarda yeni panikanın yaranmasına səbəb olacağını söyləyirdilər. 1871 - ci ildən bu yana 3 dəfə göstərici 30 punktu keçib və hər birində bazar enişlə yadda qalıb.
Snp 500 bazar kapitallaşmasi ilə hesablanır
İndexin əsas özəlliyi onun kapitallaşma ilə hesablanmasıdır. Məsələn, Ən qədim olan Dow Jones indexinə 30 şirkət daxildir və onlar indexdə dəyərlə hesablanır. Fərq ondan ibarətdir ki, belə olduğu halda indexa ən çox təsiri qiyməti baha olan səhm edir. Misal kimi, 3M Company  ( Nyse: MMM ) ( səhmlərin qiyməti 200$ ) ) indexə daha güclü təsir edəcək nəyin ki, Apple ( Nasdaq : AAPL ) ( 152$ ) ) şirkətinin səhmləri. Ancaq 3M şirkətinin bazar kapitallaşması 117 milyard dollar amma Apple şirkəti isə 800 milyard dollar. Snp 500 indexində isə bu situasiya əksinədir yəni, kapitallaşma üsulu ilə hesablanır və belə olduğu halda 3M in səhmlərinin qiymətinin dəyişməsi indexə təsiri az olacaq. Bu üsul da ideal deyil. Apple indexdə payı 3.9% lakin digər böyük şitkətlər Facebook , Procter and Gamble , Home Depot cəmi 1% paya sahibdirlər digər orta şirkətlər isə 0.2 % kimi paylara sahib olduqlarından İndexa Apple kimi şirkətin təsiri digər şirkətlərin cəmindən çox olur .
Snp 500 indexinə investisa asan və ucuzdur. 
Pensia Fondarı indexi keçməyə qadir olmadiqlarından Snp 500 indexinin özunə investisiya etmək daha uyğun olar. Hətta Uoren Buffet də bu fikri dəstəkləyir . O öz həyat yoldaşına onun ölümündən sonra kapitalının 10%-ni qısamüddətli dövlət istiqrazlarına qalan 90% isə Snp 500 index fonduna yatırmağı məsləhət görüb.Başqa asan üsül isə birja fond payına investisa etməkdir. Məsələn SPDR Snp 500 ETF Trust ( NYSE: SPY ) fonduna. Birja fondu payları səhmlərə oxşayır və ticarət olunması çox asandır. Bu isə investorların işini çox asanlaşdırır. SPY ETF in qiyməti hal hazirda 238 dollardır, divident gəliri ilə 2%-dir və komisiya cəmi 0.1% təşkil edir.
Snp 500 indexinin strukturasını və fərqliliyini bilmək sizə öz kapitalınızı rahatlıqla investisiya etmək və uzun müddətli gəlir əldə etməyinizə yardımçı olar.

 


Stock   Market   Index   p/e  

 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün